AZ

Ceff Flayk: “ABŞ-Türkiyə strateji əlaqələri heç vaxt bu qədər güclü olmayıb”

Yazını böyüt
Yazını kiçilt

"NATO-nun genişlənməsi və F-16 satış razılaşmasından sonra Türkiyə Qərbə lövbər saldı. ABŞ Konqresinin Türkiyəyə baxışı keçmişdən daha yaxşıdır. ABŞ-Türkiyə strateji əlaqələri heç vaxt bu qədər güclü olmayıb”.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, bunu ABŞ-ın Ankaradakı səfiri Ceff Flayk deyib. ABŞ prezidenti Co Baydenlə prezident Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən danışan Flayk, "Gələn ay Vaşinqtonda keçiriləcək NATO sammiti Bayden-Ərdoğan görüşü üçün bir fürsətdir. May ayında planlaşdırılan Bayden-Ərdoğan səfəri Qəzzadakı vəziyyətlə bağlı çətin siyasi dövr, planlama qarşıdurması səbəbiylə ləğv edilmişdi” deyib.

Qəzzada atəşkəs danışıqlarında Türkiyədən kömək istədiklərini ifadə edən Flayk, "ABŞ Türkiyədən atəşkəs danışıqları zamanı Həmas liderlərinə bəzi mesajlar çatdırmasını istədi" deyib.

Flayk son olaraq Türkiyənin BRİCS-ə üzvlüyü ilə bağlı “Ümid edirəm ki, Türkiyə BRİCS-ə üzv olmayacaq, amma bu baş verərsə, kiçik diplomatik dəyişiklik gözləmək olar” deyib.

Flayk F-16-ların Türkiyəyə satışının mühüm addım olduğunu bildirib. O, S-400-lərlə bağlı narahatlıqların aradan qaldırılacağı təqdirdə F-35 proqramına qayıtmağın mümkün ola biləcəyini bir daha vurğulayıb. Lakin birgə istehsala qayıtmağı çətin bilib.

Digər tərəfdən Flayk Ərdoğanın Ağ Evə səfər dəvətlərinin olduğunu bildirib. O bildirib ki, proqramlar uyğun gələrsə, iyulda keçiriləcək NATO Sammitində görüşmək olar. O, həmçinin yüksək səviyyəli əlaqələri daim təşviq etdiklərini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
hafta.az

1Mənbələr