AZ

Samir Əliyev 53 futbolçu sınayıb: “Əsas problem oyun praktikalarının az olmasıdır”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– U-21-in son toplanışından razı qaldınız? Slovakiyaya 2:3 hesabı ilə uduzduğunuz və Bolqarıstanla qolsuz heç-heçə etdiyiniz yoldaşlıq oyunları haqda nə deyə bilərsiniz?

– Hər iki matç yoldaşlıq görüşü olmasına baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Futbolçular üçün yaxşı təcrübə oldu. Rəqiblər də yetərincə möhkəm kollektivlər idi. Slovakiya ilə görüşlə müqayisədə, ikinci qarşılaşmada daha yaxşı təsir bağışladıq. Bolqarıstanla oyunda üstün tərəf biz idik. Buna rəğmən, yaratdığımız qol vəziyyətlərini dəyərləndirə bilmədik. Nəticədə qələbə qazanmaq mümkün olmadı.

– Toplanışa yeni oyunçular dəvət etmişdiniz. Onlar özlərini yaxşı tərəfdən göstərə bildilər?

– Bu dəfə yoxlama matçlarında 4 yeni, 2005-ci il təvəllüdlü gənc futbolçuya oynamaq şansı yaratdıq. Xəyal Fərzullayev, Rüfət Abbasov, Şahin Şahniyarov və Eşqin Əhmədovu nəzərdə tuturam. Deyərdim ki, özlərini yaxşı tərəfdən göstərə bildilər.

– Sentyabrda Avropa çempionatının seçmə mərhələ oyunları başlayacaq. Bu, həmin oyunlaröncəsi son toplanış idi? Komandan seçmə mərhələ görüşlərinə hazırdırmı?

– Sentyabrda Lüksemburq və Serbiya yığmaları ilə qarşılaşacağıq. Həmin oyunlara hələ 3 aya yaxın vaxt var. Deyək ki, bu gün komanda hazırdır, ancaq 3 ay sonra milliyə gələndə futbolçular optimal formalarından uzaq olsalar, işimiz heç də asan olmayacaq. Bu üzdən uşaqlar daim oynamalı və formada qalmalıdırlar.

– Xarici klublarda oynayan gənc futbolçularımızın axtarışı davam edir? Yaxın gələcəkdə U-21-də ölkə xaricində çıxış edən yeni adlar görə bilərik?

– Daim axtarışdayıq və nəzərimizdə olan futbolçular var. Bu günə kimi U-21-in baş məşqçisi olaraq, həm yoldaşlıq, həm də seçmə mərhələ oyunlarını nəzərə alsaq, 53 futbolçuya özünü göstərmək şansı yaratmışıq. Həm Azərbaycanda, həm də ölkədən kənarda oynayan daha bir neçə futbolçu var ki, nəzərimizdədir.

– Baş məşqçi kimi, U-21-in hansı mövqeyi sizi daha çox narahat edir və o mövqedə futbolçu azlığı üzündən rəqabət olmadığını düşünürsünüz?

– Hər bir mövqedə keyfiyyətli futbolçuların çoxluğu və rəqabətin olması vacibdir. Narahat edən mövqelər var. Ancaq ən vacib problem odur ki, olduqca az sayda futbolçumuz Premyer Liqada əsas heyət oyunçusudur. Praktikalarının az olması bizim üçün böyük problemdir.

AĞA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
futbolinfo.az

1Mənbələr