AZ

Yunanıstanın Delos adası su altında qala bilər

Yazını böyüt
Yazını kiçilt

Qədim Yunanıstanın ən əhəmiyyətli mədəni irslərindən olan Delos adası 50 il ərzində su altında qala bilər.

Hafta.az-ın “Fransa 24”ə istinadən yazdığına görə, məşhur tətil məkanı Mikonosun qonşusu Delos, 2 min illik tikililəri ilə Hellenistik və Roma dövrlərində gündəlik həyata baxış təqdim edir.

Lakin iqlim böhranının təsiri ilə dəniz səviyyəsinin qalxması adayı tamamilə su altında saxlaya bilər.

Təxminən 150 ildir adada qazıntı işləri aparan Afina Fransız Məktəbinin (EFA) prezidenti Veronique Çankovski deyir: "Delos təxminən 50 ildən sonra yox olmağa məhkumdur".

Mütəxəssislər iqlim böhranının buradakı strukturlara təsir etməyə başladığını vurğulasa da, Çankovski son 10 ildə adanın bəzi bölgələrində dəniz səviyyəsinin 20 metrə qədər yüksəldiyini söyləyir.

40 ildir Delosda qazıntılarda iştirak edən Jan-Çarlz Moretti, AFP-yə verdiyi açıqlamada, "Qışda çənlərə su daxil olur və divarların dibinə yığılır. Hər il yazda yeni divarlar uçur” deyib.

Mütəxəssislər deyirlər ki, temperaturun və rütubətin artması bu tarixi əsərlərin kimyəvi tərkibinə də təsir edə bilər və quruluşunu korlaya bilər.

Məskunlaşmanın eramızdan əvvəl 3000-ci ildə başladığı Delos eramızdan əvvəl II əsrdə Roma hakimiyyəti dövründə dünyanın ticarət mərkəzinə çevrilib. Bu dövrdə 30 min əhalisi olduğu düşünülən ada, eramızdan əvvəl 1-ci əsrdə iki dəfə hücuma məruz qaldıqdan və talan edildikdən sonra zamanla sakinlərini itirib.

Qədim yunanların inancına görə bu adada işıq, sənət və müalicə tanrısı Apollon və onun bacısı ov ilahəsi Artemida doğulub.

Delosdakı Apollon məbədinin eramızdan əvvəl 9-cu əsrdə tikildiyi təxmin edilir.

Adanı Ümumdünya İrs Siyahısına daxil edən UNESCO, Delosun uzaqda yerləşməsi və eramızın 7-ci əsrindən bəri burada heç bir yaşayış məntəqəsinin olmaması sayəsində əsrlər boyu qorunduğunu bildirir.

Adadakı bəzi divarlar hazırda taxta tirlərlə bağlansa da, Çankovski deyir ki, daha əhatəli müdaxilələrə ehtiyac var.

Arxeoloq Athena-Kristiana Loupou deyir: "Bütün sahilyanı şəhərlər hazırda dəniz səviyyəsində olan əhəmiyyətli əraziləri itirəcək. Biz plastik samanları kağız samanlarla əvəz etdik, lakin müharibəni uduzduq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
hafta.az

1Mənbələr