AZ

Bu MTK-nın inşa etdiyi binalar üçün FHN tərəfindən verilmiş icazə qüvvədən düşüb

"Simpatiya - S" MMC-nin Bakıda inşa etdiyi yaşayış binaları üçün verilmiş istismara hazırlıq aktı qüvvədən düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd olunub ki, buna səbəb lahiyə işlərində edilən dəyişiklikdir.

Belə ki, Fövqəladə Hallar Nazriliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən "Simpatiya - S" MMC-yə Yasamal rayonu Yeni yasamal yaşayış massivində inşa edilən yaşayış binalarına verilmiş istismara hazırlıq aktı qüvvədən düşmüş hesab edilib.

ÖN005574 nömrəli həmin sənəd 2022-ci ilin mayın 11-də verilib.

Qeyd edək ki, "Simpatiya - S" MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Əliyev Qürbət Qürbətəli oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
iqtisadiyyat.az

1Mənbələr