AZ

“Ermənistanla münasibətlərimizi heç kim korlaya bilməyəcək”- RUSİYA XİN

“Ermənistanda hakimiyyət dəyişikliyi halında belə, Rusiya bu ölkə ilə münasibətləri inkişaf etdirəcək və dost olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun fikrincə, Moskva bu münasibətlərin inkişafına o qədər can, güc və istilik qoyub ki, heç kim onları korlaya bilməyəcək.

“Rusiya suveren dövlətlərin daxili siyasi işlərinə qarışmır. Amma arxayın olun, biz həmişə Ermənistanla dost olacağıq və əlaqələri inkişaf etdirəcəyik. Çünki biz müəyyən dövrlərdə müxtəlif ölkələrin siyasi üfüqlərində peyda olan konkret şəxslərdən danışmırıq, xalqdan danışırıq”, – Zaxarova bildirib.

Azpost.info

Seçilən
106
azpost.info

1Mənbələr