İspaniyalı tennisçi Rafael Nadal mövsümün 3-cü böyük dəbilqə turniri olan Uimbldonda iştirak etməyəcəyini açıqlayıb.Karyerasında 22 böyük dəbilqə çempionluğu olan 38 yaşlı Nadal sosial media hesabındakı paylaşımında 2024-cü il Paris Olimpiadasında mübarizə aparacağını və hazırlığını gil üzərində davam etdirməyin onun performansı üçün daha yaxşı olacağını bildirib.İspan tennisçi bu səbəbdən Uimbldonda oynaya bilməyəcəyini deyib: "Bu il o möhtəşəm tədbirin gözəl ab-havasını yaşaya və mənə həmişə böyük dəstək olan bütün britaniyalı fanatlarımın yanında ola bilməyəcəyimə görə çox təəssüflənirəm”.Mənbə: Reuters
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta