AZ

Fernandu Santuş ictimaiyyətə təqdim olunub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.

Hafta.az xəbər verir ki, bu münasibətlə mətbuat konfransı keçirilib.

Təqdimat mərasimində bildirlib ki, AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.

AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev müqavilənin bəzi hissələrini açıqlaya bilməyəcəklərini deyib.

S.Hacıyev 69 yaşlı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına da münasibət bildirib:

"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik".

Xatırladaq ki, portuqaliyalı 69 yaşlı F.Santuş dünən Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
hafta.az

1Mənbələr