AZ

''Bavariya''nın üzvü ''Qalatasaray''a gəlir?

''Bavariya''nın təcrübəli yarımmüdafiəçisi Leon Qoretska bir andaca ''Qalatasaray''lıların diqqət mərkəzinə düşüb.

Məsələ burasındadı ki, Münhenqladbax ''Borussiya''sının yarımmüdafiəçisi Kristof Kramer Qoretska ilə zarafatlaşmaq məqsədilə onun ''instaqram''ındakı son paylaşımına ''come to Galatasaray'' sözünü yazıb. Təbii ki, ''Qalatasaray''lılar bu şərhi ''layk'' yağmuruna tutublar. Qoretskanın özünün də şərhi ''layk'' etməsi isə fanatları sevindirib. Bu, 29 yaşlı futbolçunun İstanbul nəhənginə keçmək istəməsi kimi qiymətləndirilib. Məsələyə hətta baş məşqçi Okan Buruk da münasibət bildirib:
''Bu mövzudan xəbərim yoxdu. Gərək Qoretskanın özünə zəng vurub nə olduğunu soruşum. Əslində isə o həqiqətən də əla futbolçudu. Ötən mövsüm ''Bavariya''nın heyətində bizə rəqib oldu. Amma bunu ilk dəfədi, eşidirəm. Biz ona təbii ki ''come to Galatasaray'' deyə bilərik. ''Bavariya''nın aparıcı futbolçusudu''. 2018-ci ildən Münhen nəhənginin şərəfini qoruyan futbolçu indiyə qədər bu klubda 13 titul qazanıb. Transfer dəyəri 30 milyon avro civarında olan Qoretskanın ''rekordmayster''lə 2026-ya qədər müqaviləsi var. O, ötən mövsüm 42 rəsmi oyunda iştirak edərək 6 qol, 11 məhsuldar ötürməlik fayda verdi. Amma Qoretskanın karyerası bir qədər enişdədi. Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann bu futbolçunu AÇ-2024-ə aparmamaq qərarına gəlib.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
football-plus.az

1Mənbələr