AZ

Həmiltonun yerinə gənc ulduz

“Mercedes” komandası gələn il üçün heyətini müəyyənləşdirib. Corc Rasselin komanda yoldaşı Andrea Kimi Antonelli olacaq.

17 yaşlı italyan artıq Almaniya komandası ilə müqavilə imzalayıb. Bu barədə Almaniyanın RTL və NTV televiziya şirkətləri, həmçinin Sport.de portalı məlumat yayıb.

“Mercedes” rəhbərliyinin bu qərarı, onların Formula 1-in üçqat çempionu Maks Ferstappeni heyətə qatmaq planlarından imtina etməsi deməkdir. “Mercedes” komandasının rəhbəri Toto Volff “Red Bull” sürücüsünü gətirmək üçün çox səy göstərsə də, istəyinə nail ola bilməyib.

Komanda Karlos Saynz ilə də maraqlanırdı, amma görünən odur ki, ispan sürücü karyerasını “Williams”da davam etdirəcək.

Xatırladaq ki, ilin sonunda Lyuis Həmilton “Mercedes”i tərk edərək “Ferrari”yə keçəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
futbolinfo.az

1Mənbələr