AZ

Kiber Təhlükəsizlik Platformasına direktor müavini təyin edilib

">

Cavadova Sürəyya 2019-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmiş və 2023-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat (SABAH) ixtisasının magistratura pilləsinə daxil olmuşdur. Sürəyya Cavadova həmin illər ərzində bir çox önəmli şirkətlərdə çalışmışdır. 2023-cü ilin oktyabr ayında AzInTelecom MMC-də İnformasiya Texnologiyaları Departamentində kiçik mütəxəssis vəzifəsində ilk fəaliyyətini başlamışdır. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayından Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Sürəyya Cavadova informasiya təhlükəsizliyi sahəsində müxtəlif fəaliyyətlər icra etmiş, eləcədə bir çox vacib tədbirlərdə iştirak etmişdir. Sahə üzrə bir çox tanınmış beynəlxalq sertifikatlara sahibdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, Kiber Təhlükəsizlik Platforması 2019-cu ildə informasiya təhlükəsizliyi kollektivi tərəfindən ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin, maarifləndirmə və təhsil infrastrukturunun inkişafına dəstək məqsədi ilə qurulmuş peşəkar kibertəhlükəsizlik mərkəzidir. Nəzdində informasiya təhlükəsizliyi üzrə müxtəlif fəaliyyət strukturlar var. Bunların içində ən çox tanınan Akademiya, artıq uzun müddətdir ki, sahə üzrə peşəkar mütəxəssislərin yetişməsinə dəstək olur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
vetennamine.az

1Mənbələr