AZ

Xaçmazda “Zəfər” komandasının üzvləri mükafatlandırılıb.

Respublika birincisi olan “Zəfər” komandasının üzvləri mükafatlandırılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Şahin” hərbi-idman oyunlarının final mərhələsinin qalibi olan “Zəfər” komandasının üzvləri ilə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Niyazabad kənd tam orta məktəbinin müəllim və şagird kollektivini qazanılan qələbə münasibətilə təbrik edib, uğurların davamlı olmasını arzulayıb. Bildirib ki, belə oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.

Müəllim və şagirdlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda qalib komandaya fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
xalq.az

1Mənbələr