AZ

Husilər üç ticarət gəmisinə hücum edib

Husilər üç ticarət gəmisinə hücum edib

Ucnoqta.az xəbər verir ki, Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər üç ticarət gəmisinə - Verbena, SeaGuardian və Athina-ya hücum ediblər.
Bu barədə Ənsarullahın hərbi nümayəndəsi Yəhya Səriya husilərə məxsus Əl Məsirə telekanalının efirində bildirib.

Onun sözlərinə görə, raket hücumu nəticəsində “Verbena” yük gəmisinin göyərtəsində yanğın baş verib. Zərbə zamanı gəmi Ərəbistan dənizində olub.
Hərəkatın sözçüsü iddia edir ki, SeaGuardian və Athina neft tankerləri Qırmızı dənizdə Husilərin dronları tərəfindən hücuma məruz qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
ucnoqta.az

3Mənbələr