AZ

"WhatsApp"da yeni qadağa

Müəllif:Ayşən İmanova/Banco.az

“WhatsApp” “iPhone”da skrinşot çəkməyi qadağan edib.

Banco.az xəbər verir ki, “WhatsApp” tərtibatçıları messencerdə istifadəçi profillərinin skrinşotlarının yaradılmasının qarşısını alan yeni funksiya tətbiq ediblər.

Hələlik yenilik yalnız “iPhone” üçün 24.10.10.70 nömrəsi altında “WhatsApp”ın beta versiyasında işləyir. Tətbiqin bu versiyasının istifadəçiləri başqasının profilinin skrinşotunu çəkməyə çalışarkən, bu hərəkətin qadağan olunduğu barədə xəbərdarlıq alırlar.

“Skrinşot bloklanıb. “WhatsApp” istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb”, – bildirişdə deyilir.

Bu funksiya başqa insanların profil fotolarından istifadə edən fırıldaqçıların ümumi təcrübəsi ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Yeni funksiya skrinşot çəkmək imkanını bloklasa da, smartfon kamerası ilə bir cihazın ekranından çəkilmiş fotoşəkillərdən istifadəçi profillərini qoruya bilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
banco.az

1Mənbələr