AZ

Hüseyn Arifin 100 illiyi münasibətilə məlumat bazası hazırlandı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.

Kulis.az xəbər verir ki, məlumat bazasında şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərlərindən nümunələr təqdim edilib.

Həmçinin burda ədib haqqında qələmə alınan Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı şair” və Xalq şairi Nəriman Həsənzadənən “Hüseyn Arif - 50” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr, müəllifi olduğu əsərlərin, məqalələrin, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirələr yer alıb.

Məlumat bazasında “Xalq şairi Hüseyn Arif aşıq yaradıcılığı”, “Mükafatlar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr nümayiş olunub.

Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
kulis.az

1Mənbələr