AZ

Naxçıvan MR Səhiyyə Nazirliyinin kollektivi Naxçıvan Qaziləri İctimai Birliyində qazilərlə görüşüb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Naxçıvan Qaziləri İctimai Birliyində olaraq qazilərlə görüş keçiriblər.

 

Bu xəbər Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, səhiyyə naziri Samiq Sadıxov Vətən müharibəsində qazanılan qələbədən keçən üç ildə muxtar respublikanın səhiyyə ocaqlarına müraicət edən sağlamlığını itirmiş hərbiçilərimizə daim diqqət və qayğı ilə yanaşıldığını və onların çətinliklərinin aradan qaldırılması üçün xüsusi tapşırıqların olduğunu qeyd edib.

 

Birliyin sədri Ceyhun Bayramov Qazilər İctimai Birliyinin fəaliyyət istiqaməti haqqında ətraflı məlumatlar təqdim edib. O, həmçinin Səhiyyə nazirliyinin daim onlara göstərdiyi diqqət və qayğını da vurğulayıb.

 

Daha sonra Vətən müharibəsi qazisi Əli Əlisoy şəhidlərimizin və qazilərimizin ofisdə yer alan xüsusi əşyaları və digər eksponatlar ilə nazirliyin əməkdaşlarını tanış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
aztibb.az

1Mənbələr