AZ

Rusiyadan Ukraynaya 50 milyard dollar pul

G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmağa razılaşıblar.

G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard dollar kredit verməyə razılaşıb.

Beynəlxalq mətbuatda yer alan xəbərə görə, dünyanın 7 ən böyük inkişaf etmiş iqtisadiyyatını bir araya gətirən və bu gün İtaliyada başlayan G7 Liderlər Zirvə toplantısında Ukraynaya maliyyə dəstəyi planı ilə bağlı razılıq əldə olunub.

Razılaşma çərçivəsində G7 ölkələri 2024-cü ilin sonuna qədər Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirlərini girov kimi istifadə edərək Ukraynaya 50 milyard dollar kredit verəcək.

ABŞ sözügedən kreditin böyük hissəsinə zəmanət verəcək. Avropa və digər ölkələr də buna öz töhfələrini verəcəklər.

G7 ölkələrinin maliyyə nazirləri keçən ay ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasına dəstək üçün istifadə edilməsi təklifi ilə bağlı yekun razılığa gələ bilməyiblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəlirdən Ukraynanı dəstəkləmək üçün istifadə etmək istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
kommersant.az

1Mənbələr