AZ

Bakıda velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlayıb.

Bu barədə "APA-Economics"ə AYNA-dan bildirilib.

Məlumata görə, artıq Bakıda İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.

Bundan əlavə əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.

Bakıda Bakıda
Seçilən
92
17
apa.az

10Mənbələr