AZ

Blinken daha bir müavinini İrəvana göndərir – Nə baş verir?

ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli İdarəetmə Forumunda iştirak etmək və Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşmək üçün iyunun 17-19-da Ermənistanın paytaxtı İrəvanda səfərdə olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. “Bu səfər bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizi əks etdirir. Dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyanı təmsil edən ştat və yerli hökumət rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu Dövlət Departamentinin yeni submilli diplomatiya komandasına rəhbərlik edən şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgentau müşayiət edəcək. Nümayəndə heyəti dövlət və özəl sektorun nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti təşkilatları ilə qarşılıqlı əlaqədə olacaq”, – ABŞ Dövlət Departamentinin məlumatında bildirilib

Qeyd edək ki, ABŞ Dövlət katibi Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen 10-12 iyunda İrəvanda səfərdə olub. Obrayenin səfəri zamanı Ermənistan rəsmiləri Rusiyaya qarşı ciddi bəyanatlarla yadda qaldılar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
buta.tv

1Mənbələr