AZ

Alaniyalı deputat ABŞ-ın Avropanın maraqlarını nəzərə almadığını deyib

Amerika Birləşmiş Ştatları sanksiya siyasətində Avropa ölkələrinin maraqlarını nəzərə almır.

APA xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Almaniya üçün Alternativ (AfD) partiyasından olan Bundestaqın deputatı Şteffen Kotre deyib.

“ABŞ sanksiya siyasətində avropalıların maraqlarını ümumiyyətlə nəzərə almır. Biz bunu keçmişdə görmüşük və yenidən də görürük. Ən yaxşı nümunə Avropa, xüsusən də Almaniya şirkətləri getdikdən sonra boşluqları dolduran şirkətlərdir. Məsələn, Siemens 2014-2015-ci illərdə Moskva səhiyyə sektorunu tərk etdi və onun yerini Amerikanın General Electric şirkəti tutdu”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, avropalılar ABŞ-ın suveren siyasəti olmadığı üçün onların hesabına hərəkət etməyə icazə verirlər.

Kotre həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi ilə bağlı müzakirələri “alçaq davranış” adlandırıb. Onun fikrincə, bu baş verərsə, o zaman bütün dünya ölkələrinə aydın olacaq ki, Qərbdə artıq başqa dövlətlərin mülkiyyəti təhlükəsiz deyil, qanunun aliliyi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
apa.az

1Mənbələr