AZ

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi əməkdaşlıq əlaqələrini davam etdirir - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi təşkilatın məqsədinə uyğun olaraq region qadınlarının iqtisadi, sosial, ictimai və siyasi həyatda iştirakının inkişafına nail olmaq üçün maarifləndirmə görüşlərinin davamlı olmasına və əməkdaşlıq əlaqələrinin inkişafına çalışır.

QHT.az xəbər verir ki, YAP Neftçala rayon təşkilatı və "Azərbaycan Uşaqları" İctimai Biliyi ilə birlikdə Neftçala rayonunda partiyanın və rayonun ictimai həyatında xüsusi fəallığı ilə seçilən qadınların iştirakı ilə görüş keçirilib. Görüş “Qadınların ictimai-siyasi həyatda iştirakçılığının təşviq olunması və rolunun artırılması” mövzusunu özündə ehtiva edib.

"Azərbaycan Uşaqları" İctimai Biliyinin sədri Kəmalə Ağazadə və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə çıxış edərək qadın hüquqlarının və fəal iştirakçılığının təmini istiqamətində görülən işlər barədə danışıb, qanuna edilən son əlavə və dəyişikliklərin mahiyyətini izah edib.

Görüş mövzu ətrafında müzakirələrlə davam edib, təklif və problemlər dinlənilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
qht.az

1Mənbələr