AZ

Junior “Kəpəz”dən sonra bu klubda forma geyə bilər – “Klublar transfer məbləğində anlaşsa, müqavilə imzalayacağıq”

Günlərdi “Kəpəz”in hücumçusu Junior Martinsin klubdan ayrılacağı bildirilir.

Braziliyalının Gəncə klubu ilə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq. Ancaq ona maaşın ödənilməməsi belə varianta gətirib çıxarır. Hətta Martinsin hara gedəcəyi də məlumdu. Futbolçu ilə “Sabah” yaxından maraqlanır. Amma ən fəalı “Zirə”di. Danışıqlar müsbət nəticələnərsə, Martins növbəti mövsümdən “qartallar”da forma geyinə bilər. Bəs braziliyalının seçimi necə olacaq?
Martinsin meneceri Kamran Şahverdiyevin “Football-plus.az”a dedikləri:
“Bəli, təkliflər var. Bəzi klublarla da razılıq əldə etmişik. Əsas məqam klubların transfer məbləğində anlaşmasıdı. Ortaq məxrəcə gəlsələr, biz müqavilə imzalayacağıq. Yeni mövsümdən futbolçunun “Kəpəz”də qalmayacağı dəqiqdi”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
football-plus.az

1Mənbələr