AZ

Malidə qızıl mədənində şaxta çöküb, azı 21 nəfər ölüb

Malidə qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 21 nəfər ölüb.

Bu barədə “RFI” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə iyunun 8-də ölkənin cənubundakı Kalana kommunasında baş verib.

Dağıntılar altında daha çox işçinin qaldığından ölənlərin sayı arta bilər.

Qeyd olunub ki, həlak olan mədənçilərin yaşı 15-20 yaş arasında olub.


Seçilən
112
3
news365.az

4Mənbələr