Fransa millisinin üzvü Usman Dembele komanda yoldaşı Kilian Mbappenin "Real Madrid"ə transferini dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, PSJ-nin ulduzu bu sözləri deyib:

"Mbappenin "Real"a transferinə təəccüblənmədim, məni şok eləmədi. Uşaqlığında otağında onların posterləri vardı". 

Qeyd edək ki, "Kral klubu" iyunun əvvəlində Mbappenin transferini rəsmən açıqlayıb.