AZ

Ukrayna və ABŞ arasında təhlükəsizliyə zəmanət haqqında saziş imzalanıb

Ukrayna

Kiyev, 13 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında 10 illik təhlükəsizlik zəmanəti haqqında ikitərəfli saziş imzalanıb. Ukraynanın müdafiəsini gücləndirmək məqsədi daşıyan sənədə Amerika və Ukrayna liderləri Co Bayden və Volodimir Zelenski “Böyük yeddilik” (G7) ölkələri sammiti çərçivəsində imzalarını atıblar.

AZƏRTAC xəbər verir ki, sazişin mətninə görə, bu, Ukraynanın NATO-ya mümkün üzvlüyünə doğru bir addım olmalıdır.

“Tərəflər etiraf edirlər ki, bu saziş Ukraynanın NATO Alyansındakı son üzvlüyünə körpü rolunu oynayır”, - mətndə deyilir.

“Həmçinin, Ukraynaya silahlı hücum və ya belə bir hücum təhlükəsi olarsa, ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri cavab tədbirləri ilə bağlı məsləhətləşmələr aparmaq və Ukraynanın hansı əlavə müdafiəyə ehtiyacı olduğunu müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər. Birləşmiş Ştatlar suveren, müstəqil, demokratik Ukraynanı müdafiə etməyə və Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf etdirmək üçün uzunmüddətli maddi, təlim və məsləhət, təminat, kəşfiyyat, təhlükəsizlik, müdafiə-sənaye, institusional və digər dəstək vermək niyyətindədir”, - sənəddə deyilir.

İkitərəfli sazişdə F-16 qırıcılarının da daxil olduğu eskadrilyaların təhvil verilməsi ilə bağlı bəndlər də var.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə birgə mətbuat konfransı zamanı deyib.

“Müqavilədə, xüsusilə “Patriot” sistemləri, Ukraynaya döyüş eskadrilyalarının, yəni F-16-nın daxil olduğu, lakin onlarla məhdudlaşmayan eskadrilyaların tədarükü ilə bağlı yaxşı müddəalar var”, - Ukrayna dövləti ABŞ-ın təhlükəsizlik sazişinin imzalanmasından sonra vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
azertag.az

10Mənbələr