Madrid “Atletiko”su “döşəkçilər”in belçikalı veteran mərkəz müdafiəçisi Aksel Vitsel ilə anlaşaraq, müqaviləsini yeniləyib.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Aksel Vitsel Lyej “Standard”ının yetirməsidir. Müdafiəçi karyerası ərzində “Benfika”, “Zenit” (Sankt-Peterburq), “Tyantszin Tyanhay” və “Borrussiya”da (Dortmund) çıxış edib. “Atletiko” Vitseli 2022-ci ilin iyulunda “Borussiya”dan azad agent qismində heyətinə qatıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vitsel “döşəkçilər”in heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 2 qol vurub. Belçikalı müdafiəçinin Madrid klubunda çıxışının ümumi mənzərəsi isə belədir: 94 oyun, 2 qol, 1 məhsuldar ötürmə.
Vitsel 2008-ci ilin martında debüt etdiyi Belçila yığmasının heyətində 132 oyuna 12 qol, 8 məhsuldar ötürmə ilə fərlənib.
“Transfermarkt” internet-portalı 35 yaşlı belçikalı mərkəz müdafiəçisinin transfer dəyərini 3,50 milyon avro məbləğində qiymətləndirir.