AZ

Almaniya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna mane olur

Almaniya

Almaniya Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna imkan vermir. Məhz Berlinin səyləri nəticəsində yeni sankiyalar paketi hələ də qəbul edilməyib.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Məlumata görə, Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə danışıqlara mane olur.

Avropa Birliyi rəsmilərindən biri Almaniyanın bu yaxınlarda “yeni Macarıstan” təəssüratı yaratdığını söyləyib. Xatırladaq ki, əvvəllər Avropa İttifaqı (Aİ) səviyyəsində yeni anti-Rusiya sanksiyalarının qəbulunu ləngidən məhz Budapeşt olub.

Brüsseldəki diplomatlar anonimlik şərti ilə bildiriblər ki, Almaniyanın xəbərdarlığı Aİ sanksiyalarından yan keçməyi çətinləşdirmək planlarına aiddir. Berlin sanksiyaları poza bilən şirkətlərin törəmə müəssislərinin məsuliyyəti ilə bağlı qaydanın aradan qaldırılmasına çağırır.

Qeyd olunur ki, səbəb açıq-aşkar alman şirkətlərinin sanksiyaları pozduğuna görə məsuliyyətə cəlb oluna biləcəyi qorxusudur.

Onu da qeyd edək ki, Avropa İttifaqı Rusiyanın neft nəqli nəhəngi “PJSC Sovcomflot”-a qarşı sanksiyalar tətbiqini təklif edir. Bildirilir ki, bu qərar Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdıracaq.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
reyting.az

1Mənbələr