AZ

Ukrayna tezliklə beş "Patriot" sistemi alacaq - Zelenski

Kiyev gözləyir ki, yaxın gələcəkdə Qərb tərəfdaşlarından ehtiyac duyduğu yeddi "Patriot" hava hücumundan müdafiə sistemindən beşini ala biləcək.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hazırda şəhərlərimizi qorumaq üçün yeddi "Patriot" sisteminə ehtiyacımız var beş sistem var, buna baxmayaraq, Ukrayna üçün yaxın gələcəkdə yaxşı nəticələr görürük", - o ABŞ Prezidenti Co Baydenlə müqavilə imzaladıqdan sonra mətbuat konfransında deyib.

Zelenski bildirib ki, Kiyevin tərəfdaşlardan istədiyi bütün yeddi "Patriot" sistemini almaq belə, ölkənin şəhərlərini tam mühafizə etməyə imkan verməyəcək.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
redaktor.az

1Mənbələr