AZ

Deputat: Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, inkişafın təməlini qoydu

Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu, inkişafın təməlini qoydu.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü: “Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına almışdı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Məhz bu çətin dövrdə Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümumiyyətlə, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan əsas siyasi fiqurdur. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır”.

Müşfiq Cəfərov qeyd edib ki, Ümummilli Liderin bütün fəaliyyəti və bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi, dövrü Azərbaycan dövlətçiliyinə həsr olunub: “Heydər Əliyevin keçdiyi yol zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev ömrü bütöv Azərbaycan tarixinin yüksək zirvəsidir. Xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda imzası olan Heydər Əliyev fədakarlığı və çalışqanlığı ilə müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq Ulu öndər kimi yüksək zirvəyə ucalıb. Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Heydər Əliyev rəhbəri olduğu ölkəmizin bütün məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir Azərbaycanın etibarlı bünövrəsini qoyub. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi. Azərbaycan xalqının ucalıq rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri illər, əsrlər keçdikcə daha aydın görünəcək. Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində xalqının tərəqqisi, zəngin mədəniyyəti, dövlətimizin taleyi üçün çalışması gələcək nəsillər tərəfindən də misilsiz xidmətlər kimi qiymətləndiriləcək”.

Prezident İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunması zamanı xalqa müraciətində Ümummilli liderin arzusunu xatırlatdığını qeyd edən deputatın sözlərinə görə, bu gün Heydər Əliyev irsi davam etdirilir: “Elə buna görə də gündən-günə inkişaf edən dövlətimiz qlobal siyasətdə özünə layiqli yer tutub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
apa.az

1Mənbələr