AZ

Çindən AB-nin elektrikli avtomobil vergisi qərarına çağırış

AB-nin Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 38,1 faizə qədər vergi tətbiq ediləcəyini açıqlamasından sonra Çindən reaksiya gəlib. Çin, Aİ-nin "səhvlərini" düzəldəcəyinə ümid etdiyini söyləyib.

AB-nin Çindən idxal olunan elektrik avtomobillərinə 21 faizdən 38,1 faizə qədər gömrük rüsumunun tətbiqini planlaşdırdığını elan etdikdən sonra Pekin administrasiyası Aİ-yə müraciət edib.

AB-nin gömrük vergisi qərarını "yanlış tətbiqlər" olaraq xarakterizə edən Çin, AB-nin Çinin elektrikli nəqliyyat vasitələrinə tətbiq etdiyi gömrük vergilərini proteksionist bir davranış olaraq tənqid edib.

Reuters-in xəbərinə görə, Çin AB-nin "səhvlərini" düzəldəcəyinə və ticarət mübahisələrini dialoq yolu ilə həll edəcəyinə ümid etdiyini bildirib.

Dünən Avropa Komissiyası gələn aydan etibarən Çindən idxal edilən elektrik avtomobillərinə 21 faizdən 38,1 faizə qədər gömrük rüsumunun tətbiqini planlaşdırdığını açıqladıqdan sonra Çin öz maraqlarını qorumaq üçün tədbirlər görəcəyini açıqlayıb.

Çinin dövlət xəbər agentliyi Sinxua-da yer alan xəbərə görə, Çindən və mübahisəyə qarışan digər ölkələrdən, o cümlədən Avropa və Çin avtomobil istehsalçılarından gələn reaksiyalar Aİ-nin qərarına açıq şəkildə etirazını və bu mövzuda gərginliyi azaltmaq istəyini göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
kommersant.az

1Mənbələr