AZ

G7 ilin sonuna qədər Kiyevə 50 milyard dollar ayıracaq – AFP


Yeddilik Qrupu (G7) ölkələrinin liderləri 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.
Yelisey sarayından agentliyə bildiriblər ki, bu təşəbbüs ilkin olaraq ABŞ tərəfindən irəli sürülüb.
Qeyd edək ki, mayın 20-də “Financial Times” qəzeti öz mənbələrinə istinadla yazıb ki, ABŞ G7 ölkələrini Ukraynaya Rusiya aktivlərindən gələn gəlirlə kredit verməyə razı salıb. Bu plana görə, G7 ölkələri tərəfindən təsdiq ediləcəyi təqdirdə Kiyevə bu yay 50 milyard dollar vəsait ayrılması nəzərdə tutulub.
Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Daha sonra ABŞ Konqresi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi və onların faktiki olaraq Kiyevə verilməsi ilə bağlı qanun layihələri paketini təsdiqləyib.
Seçilən
109
yeniavaz.com

1Mənbələr