AZ

“Bizə ünvanlanan qeyri-adekvat bəyanatlar Ermənistan xalqının üzərinə qayıdır”


“Çoxları İrəvanla Moskva arasında münasibətləri korlamaq istəyir və onlara zərər vurmaq üçün çox şey edib, lakin Rusiya bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistan-Rusiya münasibətlərindəki mövcud vəziyyətlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan və erməni xalqı ilə münasibətlər bir sıra - tarixi, iqtisadi, o cümlədən geosiyasi səbəblərə görə həmişə vacib olub:
“Onlar həmişə bərabərlik, maraqların qarşılıqlı nəzərə alınması, regiondakı vəziyyətin mürəkkəbliyini dərk etmək üzərində qurulub. Bəzən Rusiya Federasiyasına ünvanlanan qeyri-adekvat və son dərəcə təhqiramiz bəyanatlar, ikitərəfli əlaqələri pozmağa yönəlmiş destruktiv tədbirlər, ilk növbədə, Ermənistan xalqının üzərinə qayıdır, regional təhlükəsizlik və sabitliyə zərbə vurur.
İstər Ermənistanda, istərsə də başqa ölkələrdə yaşayan insanların, xeyli dərəcədə Rusiya vətəndaşlarının - hərbçilərin, sərhədçilərin həyatı və taleyi bu sabitliyə sərmayə qoyulub, qurban verilib.
Biz münasibətlərimizi bəzən ya heç nə, ya da yalnız pul və ya öz ambisiyaları haqqında düşünən çılğın insanların dəfələrlə aparmağa çalışdığı vəziyyətlərdən çıxarırıq.
Rusiya həmişə Ermənistanla dost olacaq və münasibətləri inkişaf etdirəcək, çünki biz müəyyən vaxtlarda müxtəlif ölkələrin siyasi üfüqlərində peyda olan konkret, müstəsna şəxsiyyətlərdən danışmırıq. Söhbət xalqlardan, iki ölkədən gedir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
yeniavaz.com

1Mənbələr