AZ

Messi məşqçi olacaqmı? - Özü açıqladı

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

QOL.az ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu gələcəkdə məşqçi kimi çalışmaq istəmədiyini deyib

“Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir”.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında azad agent kimi PSJ-dən "İnter Mayami"yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

Bu mövsüm Messi 15 oyun keçirib, 14 qol vurub və 11 qolun ötürməsini verib. Ümumilikdə, hücumçu karyerası ərzində 904 oyun keçirib, bu oyunda 735 qol vurub və 355 qolun ötürməsini verib.

Messinin 10 İspaniya çempionluğu kuboku, 7 İspaniya kuboku və 8 İspaniya Superkuboku var. Həmçinin o, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu və 1 dəfə dünya kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
teleqraf.com

1Mənbələr