AZ

UEFA AÇ-2024-də hakimliyin xüsusiyyətlərini açıqladı

UEFA Avropa çempionatının (AÇ-2024) oyunlarında hakimlərin işindəki əsas xüsusiyyətlərin nədən ibarət olacağını açıqlayıb.

Arena.az məlumat verir ki, UEFA-nın rəsmi saytında, qurumun hakimlər üzrə icraçı direktoru, italyan mütəxəssis Roberto Rozettinin səsləndirdiyi müvafiq məlumat dərc edilib.

Beləliklə, qapıçı kapitan olarsa, yalnız komandanın kapitanı və ya xüsusi təyin edilmiş sahə oyunçusu baş hakimlə ünsiyyət edə biləcək. Hakim, əsas hakim qərarlarını, o cümlədən VAR videoyardım sistemindən istifadə etməklə qəbul edilmiş qərarları komandanın bu nümayəndəsinə izah etməli olacaq.

Hakimlərə, açıq-aşkar qayda pozuntularına, cərimə meydançasındakı tutub-saxlamalara, simulyasiyalara və xüsusilə, qaldırılmış əl işarəsi ilə rəqibə sarı vərəqə tələb etməyə yönəlmiş davranışlara daha sərt yanaşmaq tapşırılıb.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr