AZ

"Rus silahları Qərbə qarşı çıxan ölkələrə verilməlidir" - Medvedev

"Nüvə silahı istisna olmaqla, müxtəlif rus silahları Qərbə qarşı çıxan ölkələrə verilməlidir".

BiG.AZ xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında deyib.

Medvedev ABŞ-nin Rusiyaya qarşı sanksiyaları barədə bildirib.

"Biz necə reaksiya verə bilərik? Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vuraq. Onlar (Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr) Qərbin düşmənlərini silahlandıracağımızdan qorxurlarmı? Hələlik, biz onlara nüvə silahı istisna olmaqla, bütün mümkün silah növlərini verəcəyik.Biz bunu Qərbə qarşı çıxan ölkələrə verməliyik. Düşmənimizə qarşı heç bir qayda olmamalıdır. Rusiyaya zərər vurduqları üçün əziyyət çəkməlidirlər" ,- deyə o bildirib.

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi dünən Rusiyaya qarşı müharibə səbəbilə sanksiyaların əhatəsini genişləndirdiklərini və təxminən 300 nəfərin və şirkətin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
big.az

1Mənbələr