AZ

Messi Parisdə qarşılaşdığı çətinliklərdən danışdı

Hazırda ''İnter Mayami''nin şərəfini qoruyan Lionel Messi o qədər də uğurlu keçməyən PSJ dönəmi haqda açıqlamalar verib.

“Football-plus.az” xəbər verir ki, xatırladaq ki, argentinalı superulduz 2021-də ''Barselona''dan ayrıldıqdan sonra Paris nəhənginə yollanmışdı. Bu klubda 2 mövsüm ərzində 32 qol, 35 məhsuldar ötürməlik performans sərgiləməsinə rəğmən onun fanatlarla ulduzu barışmamışdı. 37 yaşlı futbolçu bunları deyib:
''PSJ və o klubun fanatlarına qarşı heç bir şəxsi ədavətim yoxdu. Sadəcə təəssüf ki, ordakı karyeram istədiyim kimi alınmadı. Şəxsən mən çox çətinliklər çəkdim. Bəzən onların öhdəsindən gəlmək alınırdısa, bəzən alınmırdı. Ailəm üçün də asan olmadı. Amma digər tərəfdən Parisi hər zaman ən xoş şəkildə xatırlayacam. Çünki məhz həmin dönəmdə mən dünya çempionluğunu qazandım. Orda futboldan başqa hansı çətinliklər yaşadım? Məsələn, qonşularla da münasibətlərimiz gərgin idi. Tez-tez qapını döyüb səs-küyü azaltmağımızı tələb edirdilər. Halbuki həmin vaxt yalnız gecə saat 9 və ya 10 olurdu. Yəni çox sərt idilər''.


ƏLİ
Seçilən
109
football-plus.az

1Mənbələr