AZ

Sabirabadda 12 nəfərdən 12 kq narkotik AŞKARLANDIVİDEO

Polis narkokuryerlik edən şəxsi tutub.

Xezerxeber.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən əvvəllər narkotiklərə görə məhkum olunmuş Beyləqan rayon sakini Bəxtiyar Əliyev şübhəli kimi saxlanılıb....Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.Araşdırmalar zamanı Bəxtiyar Əliyevin sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində  həbs qətimkan tədbiri seçilib. 

Ağdaşda isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 67 yaşlı Zülfi Atakişiyev şübhəli kimi saxlanılıb.Onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi,  137 ədəd çətənə kolu aşkar edilib. Məhkəmənin qərarı ilə Zülfü Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
xezerxeber.az

1Mənbələr