AZ

Azərbaycanda loqoped və psixologiya ixtisasları NİYƏ TİBB YÖNÜMLÜ DEYİL?VİDEO

Bəzi ixtisaslar tibbi yönümlü olsa da, humanitar fənlərin keçirildiyi qrupda yer alır.

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyir ki, həmin fakültələrdə keçirilən dərslər ixtisasa uyğun deyil. Belə ki, univesitetlərin loqoped və psixologiya ixtisasları bir sıra ölkələrdə tibb təhsili profilli olsa da, Azərbaycanda bu fakültələrdə humanitar fənlər tədris olunur.

Mütəxəssislər deyir ki, tələbələrin univeristetlərdə öyrəndikləri real təcrübədə işə yaramır.

Kamran Əsədov deyir ki, bu ixtisaları bitirən şəxslər təhsillərini xaricdə davam etdirmək istədikdə böyük çətinliklə üzləşirlər.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, hansısa ixtisasın başqa qrupa keçirilməsi mümkündür. Lakin bunun üçün həmin fakültənin tədris olunduğu təhsil müəssisələri və Dövlət İmtahan Mərkəzi birgə müzakirə aparır və qərar Nazirlər Kabinetintinə göndərilir. Yekun qərarı isə Nazirlər kabinenti verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
xezerxeber.az

3Mənbələr