AZ

Santuş AFFA ilə necə illik müqavilə bağlayıb?

style='margin-bottom:10px;'>

AFFA-nın Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla imzaladığı müqəvilənin müddəti bəlli olub.

QOL.az xəbər verir ki, bu haqda jurnalistlərə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. O, 69 yaşlı portuqaliyalı mütəxəssislə 3+1 illik müqavilə imzalandığını deyib.

Sərxan Hacıyev Fernandu Santuşun son iş yerlərində olduğu kimi, Azərbaycan millisindən də tez ayrılacağı halda böyük məbləğdə təzminat almaq ehtimalı barədə danışmayıb: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini yox. Maliyyə tərəfini açıqlamırıq. O ki qaldı Polşa millisində və "Beşiktaş"dakı işlərinə... Həmin komandalardan ayrılmağının da müəyyən səbəbləri var. Ola bilər ki, səbəbləri dəqiq bilmirik. Sırf bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin komandadan ayrılması normaldır. Müqaviləmiz üç illikdir, bir il də artırılma şərtilə. Təzminat, məbləğ məsələsini açıqlaya bilmərik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
teleqraf.com

1Mənbələr