AZ

Onlar "Rusiyanın təxribat kampaniyasını" müzakirə edəcəklər

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi dəstək ilə bağlı yeni açıqlamalar verib.

News24.az “Reuters”a istinadən xəbər verir ki, Stoltenberq bu gün verdiyi bəyanatda NATO müdafiə nazirlərinin “Rusiyanın müttəfiq ölkələrə qarşı təxribat kampaniyasını” müzakirə edəcəklərini açıqlayıb.

"Mən alyans daxilində Rusiya kəşfiyyat işçilərinə daha sərt məhdudiyyətlər gözləyirəm", - deyə Stoltenberq Ukraynaya hərbi dəstək verməklə bağlı geniş konsensusa işarə edib.

Stoltenberq həmçinin NATO siyasətinin məqsədinin Ukraynaya dəstəkdə boşluqları və gecikmələri məhdudlaşdırmaq olduğunu bildirib. "Ukrayna üçün uzunmüddətli maliyyə öhdəliyinin razılaşdırılması üçün görüləcək işlər var" deyib.

Qeyd edək ki, NATO lideri dünən Macarıstana gözlənilməz səfər edib.

Stoltenberq elan edib ki, baş nazir Viktor Orbanla "çətin" danışıqlardan sonra Ukraynaya dəstək veto qoymamaq barədə razılığa gəliblər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
news24.az

1Mənbələr