AZ

"Futbolçu kimi yaxşı potensialı var idi" - İlqar Mənsimov Amiddən danışdı

Ötən mövsümü icarə əsasında “Səbail”in U-19 komandasında keçirmiş Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

Müqavilə əsasında “Sabah”a məxsus olan futbolçu çayda boğularaq ölüb. Gənc oyunçunun çalışdırıcısı olmuş, “Sabah”ın U-17 komandasının baş məşqçisi İlqar Mənsimov mərhum haqda təəssüratını bölüşdü:
“Amid komanda yoldaşları, müəllimlər ilə heç vaxt problem yaşamayıb, hamı ilə çox yaxşı münasibətdə olub. Bir futbolçu kimi də yaxşı potensialı var idi. Mənim yaddaşımda bu uşaq haqda yalnız xoş xətirələr qalıb. Ailəsinə onun vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, səbr diləyirəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
football-plus.az

1Mənbələr