AZ

G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit verilməsinə razılaşıb

İyulun 13-15-də İtaliyanın Borqo Eqnazia şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti keçirilir.

Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi sammitin əsas müzakirə mövzularındandır. Sammitdə ABŞ Prezidenti Co Bayden də iştirak edir.

Sammit çərçivəsində bu gün G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsinə dair razılığa gəliblər. Kreditin Ukraynanın silah alması, infrastrukturu bərpa etməsi və digər təcili maliyyə ehtiyaclarını ödəməsi üçün ayrılması panlaşdırılır.

Həmçinin kreditin Avropa Banklarında dondurulmuş 300 milyard dollara yaxın Rusiya aktivlərindən əldə olunan faizlər hesabına ödənilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
azpost.info

2Mənbələr