AZ

Anası tərəfindən qeyri-etik görüntüsü yayılan uşaqla bağlı qərar verildi - FOTO

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.

***
Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. 

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. 

Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır. 

Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
qlobal.net

10Mənbələr