AZ

ABŞ “Patriot” sistemlərini Ukraynaya ötürmək üçün beş ölkədən öhdəlik götürüb

ABŞ prezidenti Co Bayden “Patriot” sistemlərini Ukraynaya ötürmək üçün beş ölkədən öhdəlik götürdüyünü açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, Vaşinqton administrasiyası beş dövlətdən Ukraynaya “Patriot” zenit-raket kompleksləri və digər sistemləri təhvil verməklə hava hücumundan müdafiəsini gücləndirmək barədə öhdəlik götürüb.

"İndi biz beş ölkədən Patriot batareyaları və digər hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəliklər almışıq. Bundan əlavə, gələcəkdə Amerikanın hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi gözləyən ölkələr bilsinlər ki, onlar gözləməli olacaqlar. Əlimizdə olan hər şey bu ölkəyə axacaq. Ehtiyacları ödənilənə qədər Ukrayna, sonra biz digər ölkələr qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik” – deyə Bayden bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
apa.az

3Mənbələr