AZ

İsveçrədəki Ukrayna konfransında Böyük Britaniyanı Sunak təmsil edəcək

Böyük Britaniyanın Baş naziri Rişi Sunak gələn həftə sonu İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumət başçısının ofisi İtaliyada keçirilən "Qrup Yeddilik" (G7) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra məlumat verib.

"Hər iki lider bu həftə sonu İsveçrədə keçiriləcək sülh sammitində bir-birini görməyi səbirsizliklə gözləyir", - bəyanatda deyilir. 

Sunakın Zelenskinin sülh təşəbbüsünü dəstəklədiyi qeyd edilir.

Seçilən
108
operativmedia.az

1Mənbələr