AZ

Sülhməramlıların Qarabağdan çıxmasının səbəbləri üzərində qərəzli təftişçilik başlayıb...

Image

Yəhya Babanlı: “Qarabağdan rus qoşunlarının çıxması zamanın diqtəsidir”

Məlum olduğu kimi, Rusiya sülhməramlılarının Qarabağdan çıxması başa çatdı. Axırıncı rus hərbi birləşmələri 12 iyun 2024-cü ildə Xocalı hava limanını tərk etdilər.

Bu arada erməni tərəfi və xaricdə yaşayan azərbaycanlı radikallar, bloggerlər bu məsələyə israrla eyni mövqedən yanaşırlar. Arqumentlərinə görə, sülhməramlılar ona görə Qarabağdan çıxarıldı ki, Rusiya Ukraynada müharibə apardığına görə buna məcbur oldu. Guya Ukrayna müharibəsi olmasaydı sülhməramlılar nəinki 2025-ci ilin noyabrında, heç ondan sonra da Qarabağdan çıxmazdı və s. O baxımdan bu arqumentlərin əsası varmı? Halbuki, həmin radikallar bir vaxtlar iddia edirdilər ki, Rusiya girdiyi yerdən çıxmır. Bu səbəbdən sülhməramlıların Qarabağda mövcudluğu daimi olacaq.

“Təəssüf ki, sapı özümüzdən olan bu “baltalar” Avropada, Vətəndən kənarda “azərbaycanlı”lığını bu formada ifadə edir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı hesab edir ki, belə arqumentlərin siyasi və hərbi əsası yoxdur: “Əslində, zehniyyəti neqativlə yüklənmiş ünsürləri müzakirə etməyi məqsədəuyğun hesab etmirəm. Xüsusən də absurd - cəfəngiyatdan ibarət qarayaxma kampaniyası ilə məşğul olan qruplaşmanı. Təəssüf ki, sapı özümüzdən olan bu “baltalar” Avropada, Vətəndən kənarda “azərbaycanlı”lığını bu formada ifadə edir. Halbuki, dövlətimizdə baş verən yüksəliş milli qüruru olan normal insanı ancaq fərəhləndirməlidir. Azərbaycanın yeni tarixi və müasir inkişaf mərhələsinə ləkə vurmaq istəyənlər çox yalnış edirlər. Özlərinin kənar təsirlərə məruz qaldıqlarını - müxtəlif institutların cəlbetməsinə məruz qaldıqlarını ifşa edirlər. Görünən kəndə bələdçi lazım deyil. Azərbaycan dövlətinin, xalqının, prezidentinin və ordusunun yazdığı tarix parlaqlığı ilə göz qamaşdırır. Göy qübbəsi kimi aydındı və şəffafdır. XXI yüzillik SMART əsridir. Burada dövlətlərin böyüyü və ya kiçiyindən söhbət gedə bilməz, sürətli və ləngdən danışmaq olar. Yeni çağırışlara adekvat reaksiya verməkdən söz açmaq olar. Liderin yanaşması mühüm əhəmiyyətlidir. Rusiya da bu kontekstə Azərbaycan dövlətinin siyasətini, mövcud reallığı və ən əsası, İlham Əliyevin müdrikliyini dəyərləndirir və nəticə çıxarır. Suverenliyini təmin etmiş bir ölkənin nəyə qadir olduğunu bilir. Qarayaxanlar bunları, eləcə də Azərbaycan-Türkiyə amilini dərk etməlidir. Habelə şəhid və qazilərimizə ehtiramı unutmamalıdır. Cənubi Qafqazda bu dizaynı Azərbaycan hazırlayır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının onun digər ərazilərdəki fəaliyyətinə aidiyyəti yoxdur. Hətta Ermənistan da Azərbaycanla sərhəddəki qoşunlarını götürdü. Bu da Azərbaycanın indiki mövqeyi və nüfuzu ilə birbaşa bağlıdır. Bir sözlə, Qarabağdan rus qoşunlarının çıxması zamanın diqtəsidir. Bunun tapmaca variantının axtarılması yolverilməzdir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
baki-xeber.com

1Mənbələr