AZ

Husilər Ədən körfəzində Ukrayna gəmisini atəşə tutdu

Husilər Ədən körfəzində iki gəmi əleyhinə qanadlı raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hər iki raket Ukraynaya məxsus Palau bayraqlı yük gəmisi “Verbena”ya düşüb.

Hücum nəticəsində gəmidə yanğının başladığı və bir dənizçinin yaralandığı qeyd edilir.

Bundan əvvəl husilərin atdığı raketlər Ədən körfəzində iki yük gəmisini zədələyib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
konkret.az

1Mənbələr