AZ

Milli valyuta ilə kreditlərin verilməsinin həcmi artıb



Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdə hüquqi şəxslərə milli valyutada kreditlərin verilməsinin həcmi artıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının saytı xəbər verir.

Bildirilir ki, 2024-cü ilin birinci rübündə hüquqi şəxslərə milli valyutada verilən kreditlərin həcmi Ermənistanda 5 faiz, Belarusda 30 faiz, Qazaxıstanda 29 faiz, Qırğızıstanda 25 faiz, Rusiyada isə 2024-cü ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb.

Xarici valyutada kreditləşmənin həcmində Qırğızıstanda 2,3 dəfə artım, Ermənistanda isə 12 faiz azalma müşahidə olunub.

2024-cü ilin iyun ayının əvvəlində kreditləşmənin dəyərinin azalması Ermənistanda 8,25 faiz , Qazaxıstanda 14,50 faiz, Qırğızıstanda isə 9,00 faiz təşkil edib.

Belarus və Rusiya Milli Bankları uçot dərəcəsini müvafiq olaraq 9,50% və 16,00% səviyyəsində saxlayıblar.

Natiq Orucov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
newscenter.az

1Mənbələr