AZ

Livan İsrailə yüzdən çox raket atıb...

...Cümə axşamı, iyunun 13-də Livandan İsrailə 100-dən çox raket və bir neçə pilotsuz təyyarə atılıb. Buna cavab olaraq İsrail ordusu “Hizbullah”ın infrastrukturuna hücum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Times of Israel” yayıb.

Hücum zamanı LivanQolan Təpələri və Qalileyaya doğru 40-a yaxın raket atıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digərləri isə İsrailin şimalında bir neçə əraziyə düşüb və ən azı 15 yerdə yanğın baş verib.

Bunu İsrail Müdafiə Qüvvələri bildirib.

“Yeddi şübhəli hava hədəfi”, ehtimal ki, Livandan İsrail hava məkanına keçən pilotsuz təyyarələr də aşkar edilib, onlardan dördü ələ keçirilib.

Hücum nəticəsində 20 yaşlarında olan iki kişinin Qolan təpələrindəki Katzrin qəsəbəsində yüngül qəlpə yaraları olduğu bildirilir.

Daha sonra “Hizbullah” bir neçə hərbi bazanın hədəf alındığını iddia edərək hücuma görə məsuliyyəti üzərinə götürüb.

İsrail qırıcıları Livanın cənubundakı Deyr Seryanda “Hizbullah”ın infrastrukturuna hücum edib.

Zərbələr zamanı daha üç “şübhəli hava hədəfi”, ehtimal ki, pilotsuz təyyarələr Qolan təpələri üzərində hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
49
sia.az

10Mənbələr