AZ

İspaniya və Türkiyə ticarət dövriyyəsini ildə 25 milyard avroya çatdırmaq istəyir

İspaniya və Türkiyə hökuməti illik ticarət dövriyyəsini 25 milyard avroya çatdırmağı planlaşdırır.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“2021-ci ildə keçirilən yüksək səviyyəli görüşdə biz ticarət dövriyyəsinin ildə 20 milyard avroya çatdırmağı qarşıya məqsəd qoymuşduq. Bu rəqəmi, güman ki, qarşıdakı aylarda keçəcəyik. Amma artım potensialı hələ də böyükdür və biz bu rəqəmi 25 milyard avroya çatdırmağı üzərimizə öhdəlik kimi götürdük”, - Sançes deyib.

O əlavə edib ki, Türkiyədə 700-dən çox İspaniya şirkəti fəaliyyət göstərir.

Seçilən
148
1
ednews.net

2Mənbələr