AZ

Litva Ukraynaya hərbi təlimatçılar göndərməyi nəzərdən keçirir

Litva Ukraynanın hərbi təlimatçıların göndərilməsi ilə bağlı müraciətini nəzərdən keçirir.

Bu barədə Finlandiyada səfərdə olan Baltikyanı ölkənin xarici işlər naziri Qabrielius Landsberqis STT agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin gedişi ilə bağlı texniki səviyyədə danışıqlar aparılır.

Landsberqis vurğulayıb ki, söhbət hərbi təlimatçıların Ukraynaya qayıtmasından gedir, onlar müharibə başlamazdan əvvəl də orada idilər. Onun sözlərinə görə, Ukraynaya dəstəkdən söhbət gedərkən Qərb bütün variantları masada saxlamalıdır.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
cebheinfo.az

1Mənbələr